Türkiyənin qərb hissəsində 4,8 maqnituda zəlzələ olub.
Modern.az-ın xarici KİV-ə istiandən məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 01.16-da qeydə alınıb. Zəlzələnin episentri Ankaradan 147 km şimal-qərbə düşüb. Ocaq yerin 2 km. dərinliyində yerləşib.
Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.