Modern.az

Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb

Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb

Aktual

8 Aprel 2018, 20:21

Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.

Bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmaq barədə qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək