Modern.az

50 min litr təhlükəli maddə yola dağıldı - İnsanlar təhlükədə

50 min litr təhlükəli maddə yola dağıldı - İnsanlar təhlükədə

Aktual

8 Aprel 2018, 21:38

Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub.

Modern.az-ın  məlumatına görə, insident Myantyuxaryu bölgəsində qeydə alınıb.

“Ətraf mühitə dəyən ziyan həddindən artıq çoxdur. Maddə zəhərli olduğundan təbiyətə təsir göstərə bilər”, - deyə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Hadisə yerinə xilasedicilər və ekologların cəlb olunduğu bildirilir. Hal-hazırda qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək