Modern.az

Masallıda qanlı qətl, Neftçalada intihar - YENİLƏNİB

Masallıda qanlı qətl, Neftçalada intihar - YENİLƏNİB

Aktual

8 Aprel 2018, 23:02

 

Neftçala sakini özünü asaraq intihar edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Mil-Muğan bürosunun xəbərinə görə, intihar  etmiş şəxs rayonun Xıllı kənd sakini1952-ci il təvəllüdlü  Zülfəliyev Ələkbər Saleh oğludur.  

 

Onun asılmış meyiti evin həyətindəki yardımçı tikilidə  yaxınları tərəfindən aşkarlanıb.   

 

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.

***

Masallıda bıçaqlanaraq qəilə yetirilən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

 

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

 

 

****** 21.11

 Masallıda bıçaqlanma olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

 

 

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

 

 

Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək