Modern.az

Güləşçilərimiz dünya kuboku yarışlarında 2-ci oldular

Güləşçilərimiz dünya kuboku yarışlarında 2-ci oldular

9 Aprel 2018, 09:05

Aprelin 7-8, ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib.

Modern.az xəbər verir ki, “B” qrupunda yer almış Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udub, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların final mərhələsinə yüksəlib.

Carver-Hawkeye Arenasında keçirilmiş final mübarizəsində ev sahibi ABŞ yığması milli yığmamıza 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, ağır mübarizədən sonra, sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutublar. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.

ABŞ-ın sərbəst güləş üzrə milli yığması Dünya çempionatı çərçivəsində 2003-cü ildən bəri ilk dəfə birinci yerə yüksəlib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək