Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 9-da saat 15:00-da TQDK-nın internet saytında yerləşdirilib.
Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən bildirir ki, qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.
Müsabiqə nəticəsində 327 magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2011-cu il avqustun 11-dən 19-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Modern.az