Modern.az

NATO Rusiya sərhədinə qoşun topladı - TƏHLÜKƏ

NATO Rusiya sərhədinə qoşun topladı - TƏHLÜKƏ

9 Aprel 2018, 12:31

NATO-nun 7 ölkəsinin Litvada tank-əleyhinə qüvvələrinin 8-ci “Ovçu-2018” (Medziotojas-2018) təlimi keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi xəbər yayıb.

 

Təlimlərdə 700 hərbçi tank əleyhinə silahlardan atəş və manevr etmə məşqlərini həyata keçirəcəklər. Bu təlimlərdə ilk dəfə olaraq havadan yardım alınacaq. Hava dəstəyini Litvanın və ABŞ-ın Hərbi Hava Qüvvələrinin Ми-8 və UH-64 Black Hawk helikopterləri, həmçinin L-39 qırıcısı təmin edəcək.

 

Bu ilki təlimlərdə Almaniya, İspaniya, Xorvatiya, ABŞ, Hollandiya və Kanadının Litva və Latviyada yerləşdirilmiş NATO-nun hərbi heyəti iştirak edir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu