Modern.az

JuHİ sədri: ““Azadlıq” radiosundan işdən çıxarılan Aygün Muradxanlı bizə müraciət etsin”

JuHİ sədri: ““Azadlıq” radiosundan işdən çıxarılan Aygün Muradxanlı bizə müraciət etsin”

9 Avqust 2011, 15:40

Bir müddət öncə Azadlıq/Azad Avropa Radiosuna qarşı bu media quruluşunun keçmiş müxbiri  Aygün Muradxanılının məhkəmə iddiası qaldırdığını bildirmişdik. Jurnalist “Azadlıq” radiosunu əmək hüquqlarını pozmaqda günahlandıraraq 150 min ABŞ dolları məbləğində təzminat tələb edir.

Modern.az saytının əməkdaşı media orqanı ilə jurnalist arasındakı problemə Jurnalsitlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlidən münasibət öyrənməyə çalışıb.

M.Ələsgərli açıqlamasında layihə ilə bağlı 10 gün Tərtərdə olduğu üçün Aygün Muradxanlı ilə bağlı situasiyadan xəbərdar olmadığını bildirdi. O, eyni zamanda “Azadlıq” radiosunun keçmiş müxbirinin onlara müraciət etmədiyini də qeyd etdi.

“Əgər müraciət etsə, bizim hüquqşunas araşdırma apara bilər, onun əmək müqaviləsinə baxılmalıdır, hansı şərtlərlə işə götürülüb, hansı şərtlərlə çıxarılıb, niyə o xəbərdarsız çıxarılıb- bu məsələlər barədə o məlumat versə, biz onu daha ətraflı araşdırıb hüquqlarının müdafiəsi ilə də məşğul ola bilərik”.

M.Ələsgərlinin sözlərinə görə, işdən çıxarılan istənilən jurnalistə bununla bağlı bir ay əvvəlcədən xəbər verilməli və o, ən azı 3 aylıq, gələcəkdə iş tapana qədər konpensasiya ilə təmin olunmaldır.

“Ümumiyyətlə istənilən şəxsin bir ay əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarılması qeyri-qanunidir. İşdən çıxarılma ilə bağlı əmək müqaviləsində göstərilir ki, fors-major situasiya ola bilər, müəssisənin durumunda yaranmış problemlərlə bağlı işçi ixtisara salına bilər və bunun qanuni variantları var”.

Müşfiq Ələsgərli deyir ki, qanunvericiliyin tələblərinə görə, qurum işdən çıxarılan şəxsə xəbərdarlıq etməklə yanaşı, onun işdən çıxarılma səbəblərini də əsaslandırmalıdır.

Aytən ƏLİYEVA 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal