Modern.az

Bizneslə məşul olan 76 deputatın siyahısı hakimiyyətə təqdim edilib

Bizneslə məşul olan 76 deputatın siyahısı hakimiyyətə təqdim edilib

Təhsil

9 Avqust 2011, 18:54

Ermənistanda bu gün keçirilən iqtidar-müxalifət dialoqunun növbəti raundunda Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin nümayəndəsi Levon Zurabyan bizneslə məşğul olan 76 hakimiyyətyönlü deputatın siyahısını iqtidarı təmsil edən tərəfə təqdim edib.
Modern.az erməni saytlarına istinadən bildirir ki, qanun deputatın bizneslə məşğul olmasını qadağan edir. Zurabyan bildirib ki, biznesmen-deputatların siyahısı göstərir ki, hakimiyyətin ciddi legitimlik problemi var. Bundan başqa Milli Konqres ölkədə növbədənkənar seçkiləri vacib edən amilləri əhatə edən 85 səhifəlik sənədi iqtidara təqdim edib.

Hakimiyyəti təmsil edən David Arutyan isə bildirib ki, onlara təqdim olunmuş sənəddə bir sıra məsələlər düzgün verilməyib. Bunları araşdırmaq lazımdır. Bundan başqa Arutyan bildirib ki, ötən görüşdə qaldırılmış məsələlər artıq müvafiq orqanlara təqdim edilib.

Növbəti görüş avqustun 16-da olacaq. Bu günkü görüş beş saatdan artıq davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR