Modern.az

Türkiyənin məşhur futbolçusu Madrid "Atletiko"suna keçdi

Türkiyənin məşhur futbolçusu Madrid "Atletiko"suna keçdi

Təhsil

10 Avqust 2011, 10:29

Türkiyənin "Qalatasaray" klubunun kapitanı Arda Turanın İspaniyanın "Atletiko" (Madrid) klubuna transfer olunması xəbəri rəsmən təsdilənib. Türkiyə mətbuatının məlumatına görə, "Qalatasaray"ın rəsmiləri bildiriblər ki, Arda "Atletiko" ilə 5 illik müqavilə imzalayacaq. Madrid klubu Arda üçün "Qalatasaray"a 12 milyon avro ödəyəcək.

Bundan başqa "Atletiko" Avroliqada çıxış edəcəyi halda 500 min, Çempionlar Liqasında mübarizə aparacağı təqdirdə isə 1 milyon avro əlavə "Qalatasaray"a pul ödəyəcək.

Arda Turanın özü "Atletiko"da illik 2,5 milyon avro qazanacaq.

Ardanın Estoniya ilə yoldaşlıq oyunundan sonra Madridə gedərək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR