Modern.az

Türkiyəli müşahidəçilər Bakıya gəldilər

Türkiyəli müşahidəçilər Bakıya gəldilər

Aktual

10 Aprel 2018, 14:21

11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək  Prezident seçkilərini müşahidə etmək məqsədilə  Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq Müşahidəçilər Missiyasının üzvləri Bakıya gəlib.
Modern.az xəbər verir ki, Türkiyədən gələn Müşahidəçilər Missiyasının tərkibinə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar (AK Parti Adana millət vəkili), Nureddin Nebati (AK Parti İstanbul millət vəkili), Nurettin Aras (AK Parti Iğdır millət vəkili), Uğur Bayraktutan (CHP Artvin millət vəkili) və Kamil Aydın (MHP Samsun millət vəkili)  daxildir. Müşahidə Missiyasının bir neçə rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulur. Seçki günü TBMM-nin müşahidəçiləri seçki prosesini izləmək məqsədilə  bir sıra seçki məntəqələrini ziyarət edəcək və sonda müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələri təqdim edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək