Modern.az

Nəqliyyat Nazirliyi sərnişindaşımadakı problemləri müzakirə edib

Nəqliyyat Nazirliyi sərnişindaşımadakı problemləri müzakirə edib

Təhsil

10 Avqust 2011, 10:55

Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib. Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, iclasda müvafiq qurumların və strukturların hesabatları dinlənilib.
Toplantı Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2011-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunub.

Nəqliyyat nazirinin müavini Musa Pənahov 2011-ci ilin 6 ayı ərzində nəqliyyat sektorunda aparılıb islahatlar, görülmüş işlər barədə danışıb. M.Pənahov çıxışında nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb, 2011-ci ilin yarımillik yekunları ilə bağlı geniş və ətraflı məlumat verib.

Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin sədri Cavid Qurbanovun, «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib.

Kollegiya iclasının sonunda bəzi qurumların fəaliyyəti istisna edilməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2011-ci ilin 6 ayının yekunları qənaətbəxş hesab edilib. Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, müəyyən qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR