"Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı bu gün səhər saatlarında vəfat edib. Qəzetin əməkdaşlarının Modern.az-a verdiyi məlumata görə, jurnalistin səhər evdən çıxarkən ürəyi tutub və 6 saylı xəstəxanaya aparılıb. Xəstəxanada həkimlər jurnalisti xilas edə bilməyiblər.
İşlədiyi "Həftə içi" qəzetindən bildiriblər ki, Ceyhun dünən işdə olub, şən həval-ruhiyyədə həmkarları ilə deyib-gülüb.
Onun ürək xəstəliyi ilə bağlı indiyədək ciddi şikayəti olmayıb.
39 yaşlı Ceyhun Nağının ailəsi Bakının Mehdiabad qəsəbəsində yaşayır.
C.Nağı "Yeni Müsavat", "Gündəlik Azərbaycan" qəzetlərində, "Hesabat" jurnalında çalışıb.
Ceyhun Nağı Tovuz rayonu Bozalqanlı kən orta məktəbini bitirib. Azərbaycan Dillər Universitetinin Alman dili fakültəsinin məzunudur. Bir qızı yadigar qalıb.
Allah rəhmət eləsin.