Modern.az

Ceyhun Nağının qaynı: "O, xəstəxanaya çatmamış yolda vəfat etdi"

Ceyhun Nağının qaynı: "O, xəstəxanaya çatmamış yolda vəfat etdi"

Təhsil

10 Avqust 2011, 12:28

Bu gün səhər qəfildən vəfat edən jurnalist Ceyhun Nağının meyiti hələ 6 saylı xəstəxanadadır. Bu barədə Modern.az mərhum jurnalistin qaynı məlumat verib. Onun sözlərinə görə, hazırda dəfn yeri və hüzr məclisi ilə bağlı məsələnin həll olunması üçün iş aparılır. Yaxın yarım saat ərzində Ceyhun Nağının harada dəfn olunacağı bəlli olacaq.

Qaynı saytımıza bildirib ki, səhər işə gələrkən maşında qəfildən Ceyhunun halı pisləşib. O xəstəxanaya çatmadan yolda keçinib. Qohumunun sözlərinə görə, mərhumun səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım