“Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev Prezident seçkilərində səs verib.
Modern.az-ın məlumatına görə, Razi Nurullayev Binəqədi Birinci Seçki Dairəsinin 283 nömrəli orta məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.
Prezedentliyə namizəd səsvermədən sonra yerli və xarici televiziya kanallarına müsahibə verib.