Modern.az

“...Ölkədə bayram ab-havasıdır”

“...Ölkədə bayram ab-havasıdır”

Aktual

11 Aprel 2018, 15:03

“Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında olan seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib. O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir:

“Seçkinin beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayrm ab-havasıdır”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək