TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən erkən Prezident seçkilərini müşahidə edir. Modern.az xəbər verir ki, missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.
Seçkilər başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət edib. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərinə hərəkət edəcək.