Modern.az

Əhəd Abıyev ali məktəblərə qəbul olunan gənclərlə görüşüb (FOTOLAR)

Əhəd Abıyev ali məktəblərə qəbul olunan gənclərlə görüşüb (FOTOLAR)

Təhsil

10 Avqust 2011, 13:31

Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə bu gün respublikanın ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilib. Müəllimlər, valideynlər, tələbə adını qazanmış gənclər və rayon ictimaiyyəti fəallarının birgə toplantısında icra başçısı Əhəd Abıyev də iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, Ə.Abıyev gəncləri təbrik edib. İcra başçısının sözlərinə görə, bu il Daşkəsən rayonu üzrə 98 gənc ali məktəb imtahanlarında iştirak edib, onlardan  29 nəfəri müxtəlif ali təhsil ocağına qəbul olunub. Daha 3 nəfər tələbə adının qazanan gənc isə ötən il orta məktəbi qurtaran abituriyentlərdir.

“Ötən illə müqayisədə bu  il  ali məktəblərə qəbul olunan gənclər 7 nəfər çoxdur. Sevindirici haldır ki, orta ixtisas məktəblərinə də qəbul olunan daşkəsənli gənclər bu il daha çoxdur. Rayonumuzun Anar Mürsəlov adına 2 nömrəli şəhər tam orta məktəbindən ali məktəblərə ötən il olduğu kimi bu il də qəbul olunan məzunlar  12  nəfər təşkil edir.
Məhəmməd Peyğəmbər həmişə təhsildən söz düşəndə buyururdu ki, xalqın övladlarına, hər bir ağıl sahibinə 4 şey vacibdir: Elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
Bütün bu uğurların qazanılmasında bizim müəllimlərin zəhməti, əməyi böyükdür. Haqlı deyirlər ki, dünyanın  ən gözəl peşəsi müəllimlikdir”-deyə Ə.Abıyev bildirib.

İcra başçısı deyib ki, son 5 ildə 6 daşkəsənliyə “Əməkdar müəllim” adı verilib, 4 müəllim «Tərəqqi» medalı ilə təltif edilib. Təhsil Nazirinin əmri ilə 2 nəfər daşkəsənli müəllim «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilib.

YAP Daşkəsən təşkilatının sədri Meydanəli Yolçuyev də ali məktəblərə qəbul olunan gəncləri təbrik edib. Sonra onlara hədiyyələr təqdim olunub.






Modern.az
        

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım