Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün əksər beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrdən nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.
Modern.az xəbər verir ki, İsraildən olan nümayəndə heyəti də seçkiləri izləyib. İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yoel Razvozov, İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak da öz ölkələrini müahidəçi qismində təmsil ediblər.
Onlar Xətai rayon 34 saylı seçki dairəsində 26, 27, 28, 29, 30, 31, 32,33 və 34 saylı məntəqələrində seçkiləri izləyiblər.