Modern.az

Mərhum jurnalistin cənazəsi Tovuza aparılıb

Mərhum jurnalistin cənazəsi Tovuza aparılıb

Təhsil

10 Avqust 2011, 14:28

Bu gün ürəktutmasından vəfat edən "Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağının cənazəsi dəfn olunmaq üçün bir qədər öncə Tovuz rayonuna aparılıb. Onun yaxınlarının Modern.az-a verdikləri məlumata görə, jurnalist Tovuzda Cırdaxan kənd qəbiristanlığında mərhum valideynlərinin yanında torpağa tapşırılacaq.

Dəfndən sonra mərhum jurnalistə Bakının Mehdiabad qəsəbəsindəki evində yas mərasimi qurulacaq.


Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım