Modern.az

Meşə oğruları saxlanıldı

Meşə oğruları saxlanıldı

Aktual

12 Aprel 2018, 10:56

Aprelin 9-da  Oğuz rayon meşə mühafizə və  bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd  meşəbəyliyinin  ərazisindən ağac  materialının oğurlandığını bildiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə? RPŞ əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri  Taleh Məhərrəmov və Xəyal İmamverdiyev  saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də   həmin ərazidən 1590 manat dəyərində  16 kub meşə materialını oğurlayıb,  Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək