Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq seçki marafonunun qalibi olub.
Modern.az-ın məlumatın agörə, bu münasibətlə Gəncə sakinləri İlham Əliyevin bu parlaq qələbəsini şəhərin baş meydanında möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
Konsertdə "İlhamla İrəli" şüarları dayanmadan səsləndirilib. Respublikanın tanınmış "Əməkdar" və "Xalq artistləri" tərəfindən vətənpərvər ruhlu mahnılar ifa olunub.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.