Modern.az

Həsən Ruhanidən İlham Əliyevə seçki TƏBRİKİ

Həsən Ruhanidən İlham Əliyevə seçki TƏBRİKİ

Aktual

12 Aprel 2018, 11:57

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Trend İran Prezidentinin saytına istinadən məlumat verir.

Təbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".

Həsən Ruhani Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar və Azərbaycan xalqına çiçəklənmə arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək