Modern.az

“Qarabağ probleminin həlli yolunda irəliləyiş yarana bilər”  

“Qarabağ probleminin həlli yolunda irəliləyiş yarana bilər”   

12 Aprel 2018, 13:04

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə  Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayaraq qalib olub.  

Maraqlıdır, seçkilərdən sonra Dağlıq Qarabağ problemi istiqamətində hansı addımlar atılacaq?

Milli Məclisin deputatı, Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az saytına açıqlamasında deyib ki, yaxın zamanalarda bu istiqamətdə irəliləyiş müşahidə edilə bilər:


“Dünən Azərbaycanda keçirilən prezident seçkiləri bir çox məsələlər aydınlıq gətirdi.  Xalqımız  böyük inamla  cənab prezident İlham Əliyevə öz səsini verdi  və bundan sonra da Azərbaycan prezidentimizin rəhbərliyi altında öz inkişaf yolunu davam etdirəcək. Hazırda  xalqımızın ən böyük problemi onun ərazi bütövlüyüdür. Ermənistanın işğalçı siyasəti ilə bu günə qədər davam etdirilir. İnanıram ki, yaxın zamanlarda  bu istiqamətdə çox mühüm işlər ola bilər. Danışıqlar prosesi çərçivəsində Azərbaycanın ədalətli mövqeyi  öz sözünü deyəcək. Cənab prezident ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün ilk növbədə danışıqlar prosesində nəticələr əldə edəcək.  

Bilirsiniz ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək səviyyədədir və regionun ən güclü aparıcı ordusudur. O cümlədən ordumuz antiterror əməliyyatını keçirmək üçün tam hazır vəziyyətdədir. Buna görə də düşünürəm ki, yaxın zamanlarda Azərbaycanın bu problemi öz həllini tapacaq”.

R.Rzayev qeyd edib ki, Ermənistanın atacağı addımlardan asılı olmayaraq Azərbaycan  problemin həllinə nail olacaq:

“Ermənistan siyasəti Azərbaycanda hər hansısa bir qarşıdurmanın əmələ gəlməsində, ölkəmizdə güclü siyasi liderin olmamasında maraqlıdır. Amma bu, bizim üçün heç də maraqlı deyil. Çünki onlar işğalçı dövlətdir. Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağı işğal etməklə Ermənistanın siyasi hakimiyyətini də işğal edib. Bu baxımdan həmin ölkədə keçirilən prezident  seçkiləri  onlara uğurlu nəticə  vermir.
Bu günə qədər həmin hakimiyyət Ermənistanı müflis vəziyyətə salıb və onlar bütün beynəlxalq layihələrdən kənardadırlar. Ermənistan bundan sonra  hansı addımları atacağını özü düşünməlidir. Azərbaycan isə inamlı yolu ilə öz lideri arxasında daha da güclənəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək