Modern.az

Azərbaycanda Beynəlxalq Gənclər günü qeyd edilir

Azərbaycanda Beynəlxalq Gənclər günü qeyd edilir

Təhsil

10 Avqust 2011, 16:32

12 avqust Beynəlxalq Gənclər günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.

Gənclər üçün Təhsil Mərkəzi də ötən ilin 12 avqustundan başlayaraq, qeyd edilən “2010-gənclər ili” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərə yekun vurmaq məqsədilə bu gündən Azərbaycanın bir çox regionunda təntənəli tədbirlər keçirməyə başlayıb.

Mərkəzin təşkilatçılığı ilə bu gün Füzuli və İmişli rayonunda gənclərin və yerli qurumların iştirakı ilə rəsmi və bədii hissədən ibarət mərasim keçirilib.

Mərasimin rəsmi hissəsində çıxış edənlər Beynəlxalq Gənclər gününün əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin Azərbaycan gənclərinin də beynəlxalq aləmə inteqrasiya olunması işinə töhfə verdiyini, gənclərin beynəlxalq aləmdə nüfuzunu artırdığını, beynəlxalq gənclər hərəkatlarına qoşulmağını və s. uğurları dəstəklədiyini qeyd ediblər.

Daha sonra qeyd edilən rayonlardan olan gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdirdilər. Təşkilatçılar tərəfindən onlara qazandıqları uğurlara görə diplom və hədiyyələr təqdim olundu.

Sonda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın da müxtəlif beynəlxalq günlərdə fəallıq göstərdiyini nümayiş etdirmək məqsədilə bu tədbir haqqında BMT-nin katibliyinə məlumat veriləcək və təəssüf hissi ilə Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə gəncimizin hələ də öz yurd-yuvalarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması bildiriləcək.

Regionlardakı tədbirlər bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, növbəti 2 gün ərzində də 4 regionda eyni tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım