Modern.az

Azərbaycan komandası meydanı başıaşağı tərk etdi

Azərbaycan komandası meydanı başıaşağı tərk etdi

Təhsil

10 Avqust 2011, 23:50

Azərbaycan milli komandası avqustun 10-da növbəti yoldaşlıq görüşünə çıxıb. Makedoniya milllisini Bakıda qonaq edən Azərbaycan futbolçuları yenə meydanı başıaşağı tərk ediblər.

Rəqiblər Bakıdakı “Dalğa Arena”da üz-üzə gəliblər.

Berti Foqtsun çalışdırdığı komandamız makedonlarla bacarmayıb. İlk hissədə böyük üstünlüyə malik olan millimiz ələ düşən imkanlardan yararlana bilməyib. Rəqibin ən təhlükəli futbolçusu Qoran Pandevin ikinci hissədə vurduğu qol oyunda yeganə olub və milllimiz bu görüşdən də məğlub ayrılıb - 0:1.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçikanı, ayın 6-da isə Qazaxıstan yığmasını qəbul edəcək.

Azərbaycan – Makedoniya - 0:1
Qol:
Qoran Pandev, 58 (0:1)

Hakimlər: Aleksey Kulbakov, Andrey Hetsikau, Vitali Malyutsin (hamısı Belarus), Rəhim Həsənov (Azərbaycan).
Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan)
Nümayəndə: Gülağa Cabarov (Azərbaycan)
Bakı. “Dalğa Arena” stadionu.      

Azərbaycanın start heyəti: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 20. Fabio Luis Ramim (Cavid Hüseynov, 73), 4. Mahir Şükürov, 22. Əfran İsmayılov (Ufuk Budaq, 64), 10. Elvin Məmmədov (Arif İsayev, 26), 11. Rauf Əliyev (Murad Hüseynov, 67).
Ehtiyat oyunçular: 15. Aqil Məmmədov, 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 9. Murad Hüseynov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 24. Arif İsayev, 25. Ufuk Budaq.

Makedoniyanın start heyəti: 1. Tome Paçovski, 2. Stefan Ristovski, 3. Qoran Popov, 4. Vançe Şikov, 5. Daniel Moysov, 7. Ferhan Hasani (Vladimir Dimitrovski, 86), 8. Muhammed Demiri (Slavço Georgiyevski, 77), 9. Veliçe Şumulikoski (Stefan Spirovski, 67), 11. Aleksandr Traykovski (Vlatko Qrozdanoski, 58), 10. Qoran Pandev (k), 13. İvan Triçkovski.
Ehtiyat oyunçular: 1. Martin Boqatinov, 6. Slavço Georgiyevski, 14. Stefan Spirovski, 15. Vladimir Dimitrovski, 17. Vlatko Qrozdanoski, 18. Samir Fazli.
 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım