Türkiyənin şimal-şərqində Bursa vilayətində psixiatrik klinikada yanğın baş verib.
Modern.az-ın məlumatına görə, yanğın klinikanın yeməkxanasında başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Klinikadakı pasiyentlərin və həkimlərin təxliyə olunduğu bildirilib.
Yanğınının başvermə səbəbləri və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.