Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Odun veriləcək müəssisələrin siyahısı hazırlanır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Odun veriləcək müəssisələrin siyahısı hazırlanır”

Təhsil

11 Avqust 2011, 12:51

Nazirlik rəsmisi hesab edir ki, meşələrin qırılmasının qarşısını almaq üçün daş kömürə qoyulan gömrük rüsum götürülməlidir

“2005-ci illə müqayisədə 2010-cu ildə meşələrdən qanunsuz ağac kəsilməsi 30 faiz azalıb”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib. Onun sözlərinə görə, əgər 2005-ci ildə qanunsuz ağac kəsilməsi hallarının həcmi 50 min kub metr idisə, 2010-cu ildə bu rəqəm 32 min 450 kub metr olub.

“Bu da görülmüş məqsədyönlü və qəti tədbirlər nəticəsindədir. Ümumiyyətlə, meşələrdə ağacların qırılması rayonlarda insanların enerjiyə olan təlabatından irəli gəlir. Lakin son dövrlər respublikada qazlaşdırma işlərinin miqyası genişlənib. ARDNŞ rəhbərliyi bildirib ki, 2013-cü ilin sonunadək ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq. Qalan dağ kəndləridir ki, orada da ağac kəsilmələri minumuma endiriləcək. Belə ki, qışdan sonra meşədə qırılmış, qurumuş xəstə ağaclar mövcuddur və regionlarda həmin oduncağın təmizlənməsi nəticəsində onları təmin edəcəyik”.

S.Salmanov hal-hazırda nazirlik tərəfindən bu ilin qışında hərbi hissələrə, rayonların təhsil müəssisələrinə, səhiyyə ocaqlarına, eyni zamanda əlillərə, imtiyazı olan şəxslərə odun verilməsi nəzərdə tutulduğunu da qeyd edib.

“Bu il 35 min kub metr həcmində oduncaq tədarük edilməsi proqnozlaşdırılır. Bizim regionlarda 37 meşə mühafizəsi-bərpası müəssisələrimiz fəaliyyət göstərir. Onların əməkdaşları sahələri gəzirlər, qurumuş ağaclar mövcuddursa, hesabatı aparılır və nazirliyə təqdim edilir. Nazirlik tərəfindən də aparılan proqnozlar əsasında da illik fond təsdiq olunur”.

Müsahibimizin sözlərinə görə, hər il orta hesabla meşələrdən 35-40 min odun tədarükü aparılır. Keçən il isə 45 min kub metr həcmində odun tədarükü olub.

Sadiq Salmanov bəzi rayonlara SSRİ dövründə olduğu kimi, hələ də daş kömür gətirildiyini vurğulayıb. Onun sözlərinə görə, çox böyük həcmdə olmasa da, respublikaya daş kömür əsasən özəl şirkətlər tərəfindən gətirilir.

“Məsələn keçən il özəl şirkətlər Lənkərana daş kömür gətimişdilər. Əvvəlki kimi ölkəyə daş kömürün gətirilməməsinin səbəbi gömrük rüsumunun çox olmasıdır, eyni zamanda dəmir yolu xərcləri də baha başa gəlir. Ona görə daş kömür az gətirlir. Amma SSRİ dövründə Azərbaycana bəs edəcək qədər daş kömür gətirilirdi və nəzərə alsaq ki, həmin vaxt ölkə ərazisi elektrik enerjisi, qazla da təmin olunmuşdu. Belə olan halda isə təbii ki meşələrə də təzyiq az idi” deyən sektor müdiri hesab edir ki, daş kömürün gətirilməsi rüsumdan azad olunsa, ümumiyyətlə qanunsuz ağacların qırılması tam minumuma endiriləcək.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım