Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, adı açıqlanmayan zabit polisin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlkin məlumatlara görə, o, 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb.
Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.