Modern.az

Ukraynanın Azərbaycana və Ermənistana satdığı silahın sayı açıqlanıb

Ukraynanın Azərbaycana və Ermənistana satdığı silahın sayı açıqlanıb

Təhsil

11 Avqust 2011, 13:31

Biz hərbi maşınlara, düşmən ölkə isə yüngül silahlara üstünlük verib

2010-cu ildə Ukrayna Azərbaycana 71 BTR, Ermənistana 16,5 min avtomat satıb. Modern.az  bildirir ki, bu barədə MBT-nin konvensial silah registirində yerləşdirilən rəsmi məlumatlarda qeyd olunub. BMT üzvü olan ölkələr silah alqı-satıqı zamanı hökmən bu quruma məlumat verməlidirlər.

Məlumatda qeyd olunur ki, “Ukrayna özünün çoxdankı ənənəsinə sadiq qalaraq münaqişə tərəflərini silahla təmin edib”. Belə ki, Azərbaycana silahsızlaşdırılmış 71 ədəd “BTR-70”, 7 ədəd özüyeriyən artileriya qurğusu, 1 ədəd “Mi-24R” hərbi helokopteri, 3 min avtomat və 1 tank əleyhinə raket qurğusu satıb.

Ermənistan isə Ukraynadan reaktiv aviasiya üçün “L-39” tipli 3 təlim təyyarəsi, 230 revolver və tapança, 60 karabin və vintovka, 16,5 min avtomat və 2 min yüngül əl pulemyotu alıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım