Aprelin 15-də Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobili toqquşub.
Modern.az xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.