Modern.az

Paytaxtda növbəti süpürgəçi ÖLÜMÜ - Bu dəfə yaşlı qadın - FOTO

Paytaxtda növbəti süpürgəçi ÖLÜMÜ - Bu dəfə yaşlı qadın - FOTO

15 Aprel 2018, 17:35

Bu gün Bakıda küçələri təmizləyən daha bir süpürgəçi qadını maşın vurub öldürüb. Modern.az-ın məlumatına görə, bu barədə virtualaz.org-a hadisənin şahidləri xəbər veriblər.

Hadisə bu gün təxminən 15:30-da Atatürk prospektində baş verib.

Şahidlərin bildirdiyinə görə, avtomobilin vurduğu qadının əynindən dərhal küçə təmizləyənlərin xüsusi geyimi çıxarılıb ki, heç kim onun kommunal xidmət əməkdaşı olduğunu bilməsin.

İctimaiyyətin iradlarına və KİV-lərdə dərc olunmuş tənqidi yazılara baxmayaraq, şəhər rəhbərliyi xüsusi təmizləyici texnika (dünyanın bütün sivil ölkələrində olduğu kimi!!!) almaqdan imtina edib və bu səhlənkarlıq ucbatından daha bir xadimə qadın ölüb. Bu artıq üçüncü belə sonluqdur! Maraqlıdır, daha neçə adam ölməlidir ki, şəhər hakimiyyəti fikrini dəyişsin və paytaxtın əsas magistrallarından xadimələri yığışdırsın?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək