Modern.az

Səudiyyə kralı Trampı tənqid etdi - SƏBƏBİ

Səudiyyə kralı Trampı tənqid etdi - SƏBƏBİ

15 Aprel 2018, 20:26

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib.

 

Modern.az  xəbər verir ki, o bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.

Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.

"Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik", - deyə monarx bildirib.

Səudiyyə kralının sözlərinə görə, "Şərqi Qüds Fələstinin paytaxtıdır". (report)

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək