Modern.az

Ramiz Mehdiyevin, Əli Həsənovun əsərləri “Baktriya” Mərkəzinə verilib

Ramiz Mehdiyevin, Əli Həsənovun əsərləri “Baktriya” Mərkəzinə verilib

Təhsil

11 Avqust 2011, 14:35

Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi Azərbaycan ədəbiyyatının və ölkə həqiqətlərinin geniş təbliği məqsədi ilə “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatı guşəsi yaradılmasına   nail olub.

“Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində Ramiz Mehdiyevin, Əli Həsənovun, Qafar Əliyevin, Cəmil Həsənlinin, Musa Mərcanlının, Əhməd Cavadın, İsi Məlikzadənin, Teymur Əhmədovun, Aydın Babayevin və bir sıra görkəmli müəlliflərin tarixi, sənədli, bədii, publisistik əsərləri, Azərbaycan Diplomatik Akademiyasının informasiya bülletenləri və kitabçaları, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasiyəti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əiyevanın həm Azərbaycanda həm də xaricdə gördüyü böyük işlərə dair kitablar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ermənilərin işğalçı siyasəti barədə sənədli toplular var.

Məkəzə Səfirlik tərəfindən 2011-ci ildə rus, ingilis, tacik dillərində hazırlanmış və nəşr olunmuş Xocalı faciəsinə, Azərbaycanlıların soyqırımına, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə, “28 may Respublika Günü”nün 93-cü ildönümünə, Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümünə həsr olunmuş kitablar da verilib.

Azərbaycanın Respublikasının Tacıkıistandakı Səfirliyinin müvəqqəti işlər vəkili İlham Zamanov bildirib ki,  Fransanın humanitar yardım və inkişaf üzrə “Akted” Qeyri-Hökumət Təşkilatı tərəfindən  yaradılan bu Mərkəz Tacikistanda əlavə tədris, mədəniyyət və informasiyaya çıxışın çatışmamazlığı problemlərinin  həllininə kömək məqsədi daşıyır. 
“Baktriya” yarandığı gündən rəsm, fotosərgilər, müxtəlif janrlarda konsertlər, müxtəlif mövzularda seminarlar, konfranslar, fransız, ingilis, alman dilləri üzrə kurslar təşkil edir və ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərlə sıx əməkdaşlıq edərək bir növ mədəniyyətlərarası dialoq məkanına çevriib.

Ləman Ağayeva

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım