Türkiyənin cənub-şərqində, Şırnak vilayətindəki hərbi hissəyə silahlı hücum olub.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində 3 türk hərbçi ölüb, biri yaralanıb.
İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.