Modern.az

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

16 Aprel 2018, 12:07

Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür. Modern.az-ın məlumatına görə, Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşub, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşub. O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunub. Bakının Nizami rayonunda küçələrin biri qəhrəmanın adını daşıyır.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək