Modern.az

ABŞ-da 7 məhbus kütləvi davada ölüb

ABŞ-da 7 məhbus kütləvi davada ölüb

16 Aprel 2018, 18:29

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.

 

APA-nın xəbərinə görə, ABC telekanalına açıqlama verən "Lee Correctional İnstitute" cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb.

 

Kütləvi dava nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var