Modern.az

İran səfirliyi təkzib verdi

İran səfirliyi təkzib verdi

Təhsil

11 Avqust 2011, 18:22

Rəsmi Tehran İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadinin Azərbaycanın ünvanına səsləndirdiyi fikirləri təkzib edib. İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, “İran xarici işlər nazirinin göstərişinə əsasən, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi cənab Həsən Firuzabadinin söylədiklərinə dair yayılan məlumatlar təkzib edilir. Sözügedən çıxışın cənab Füruzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər isə KİV-in anlaşılmazlığının nəticəsidir”.

Xatırladaq ki, bu gün İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Həsən Füruzabadinin ölkəmizin ünvanına səsləndirdiyi fikirlərlə bağlı səfirə nota təqdim olunub.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım