Bu gün deputat Rafael Hüseynovun ad günüdür. Rafael Baba oğlu Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar incəsənət xadimidir. Bir neçə monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 300 elmi araşdırmanın, 500-dən çox publisistik məqalənin, 3 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 200-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışıb. 1993-cü ildən Azərbaycan MEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir.
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputat seçilib. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
İngilis, fars və rus dillərini bilir. Evlidir, 1 övladı var.
Modern.az