Sabiq millət vəkillərinə yaxşı məbləğdə “deputatpulu” verilir
Ötən ilin noyabrında 4-cü çağırış Milli Məclisin tərkibinə seçilə bilməyən bir qrup sabiq deputat həmin vaxtdan millət vəkilliyi səlahiyyətlərini itirsələr də, qanunvericiliyə uyğun olaraq dövlətdən müavinət alırlar. Bu müavinətin məbləği isə indiki deputatların aldığı maaşdan bir qədər azdır. Sabiq deputatların müaviətlə təmin olunması barədə qanunvercilikdə bildirilib:
”Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-cu maddəsinə görə, deputatın səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.
Modern.az saytı 3-cü çağırışda deputat olmuş, 4-cü çağırışda isə mandat qazana biməyən sabiq millət vəkillərinin siyahısını təqdim edir. Bu şəxslərin hazırda harada işləmələri barədə araşdırma aparmağa çalışdıq.
Əkrəm Əylisli - işsizdir;
Arzu Səmədbəyli - işsizdir;
Murtuz Ələsgərov – işləyir, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiridir;
Cəmil Həsənli – işləyir, Bakı Dövlət Universitetinin professorudur;
Fərrux Zeynalov – işsizdir;
Anar Məmmədxanov – dünyasını dəyişib;
Nəsib Nəsibli – işləyir, Xəzər Universitetinin müəllimidir;
Vidadi Məmmədov – işsizdir;
İkram İsrafil – işsizdir;
Nizami İsgəndərov – işləyir, sahibkardır;
Məcid Kərimov – işsizdir;
Baba Tağıyev – işləyir, «Tağıyev» şirkətlər qrupunun qurucusu və təsisçisidir;
Xəlilbəy Günəşov – işləyir, sahibkardır;
Lalə Abbasova – işsizdir;
Nizami Xudiyev – işləyir, Pedaqoji Universitetin professorudur;
Əkrəm Abdullayev – işsizdir;
Pənah Hüseyn – işsizdir;
Gülhüseyn Əhmədov – işsizdir;
Aydın Həsənov – işsizdir;
Əhəd Abıyev – işləyir, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdır;
Vasif Əliyev – işsizdir;
Miri Qəmbərov – işləyir, “Azərkontrak”ın baş direktorudur;
İltizam Əkbərli – işsizdir;
Əhəd Əhmədov – işləyir, sahibkardır;
Səfər Məmmədov – işləyir, sahibkardır;
Maqsud İbrahimbəyov - ictimai fəaliyyətlə məşğuldur;
Aynur Camalqızı (Quliyeva) – işsizdir;
Gültəkin Hacıbəyli – işləyir, BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir,
Nazim Məmmədov – işsizdir;
Vaqif Səmədoğlu – işsizdir;
Dünyamin Xəlilov – işləyir, «General Construction» MMC-nin baş direktorudur;
Məjlum Şükürov – işləyir, sahibkardır;
Eyvaz Qurbanov – işləyir, Oğuz Rayon İcra Hakimiyyətinin başçısıdır;
Sevindik Hətəmov – işləyir, Güzdək Tikinti Materialları Kombinatının direktorudur;
Həvva Məmmədova – işsizdir...
Biz öz tərəfimizdən araşdırma apardıq, ola bilsin işləməyən kimi qeyd etdiyimiz sabiqlərdən kiminsə ictimaiyyətə məlum olmayan özəl fəaliyyəti var.
Qeyd etdiyimiz kimi, sabiq deputatlar 1 il müddətində indiki deputatların maaşlarının 80 faizi məbləğində müavinət alırlar. Qanunvericilik belə deyir.
Qeyd edək ki, deputatların aylıq maaşı 1365 manatdır. Bunun 80 faizi isə təxminən 1092 manat edir. Vergiləri də çıxandan sonra sabiq deputatlar ayda 800 manatdan çox müavinət alırlar. Pis məbləğ deyil, hətta yaxşıdır. Amma bu müavinət 1 il müddətinə verilir. Bir ilin başa çatmasına isə 3 ay yarım vaxt qalır.
Modern.az