Modern.az

Deputat Diyallı kəndində iftar süfrəsi açdı (FOTOLAR)

Deputat Diyallı kəndində iftar süfrəsi açdı (FOTOLAR)

Parlament

12 Avqust 2011, 11:12

Müqəddəs Ramazan ayının 11-ci günü deputat Novruz Aslanov İsmayıllı rayonunun Diyallı kəndində iftar süfrəsi açıb. Deputat qərərgahından Modern.az-a bildirilib ki, həmin süfrədə 100-dən çox kənd sakini, həmçinin, rayon İcra Hakimiyyətinin başçısı və yerli hökumət strukturlarının rəhbərləri də iştirak ediblər. Keçən həftə də deputat Lahıc qəsəbəsində iftar süfrəsində iştirak edib. 
           
Hər həftə öz seçiciləri ilə görüşən millət vəkili orucluq başlayan gündən özü də oruc tutur və seçiciləri ilə hər həftə iftar süfrəsi arxasında görüşür.
İftar süfrəsinin axşam saatlarına təsadüf etdiyini və vaxtın məhdud olduğunu nəzərə alan millət vəkili, köməkçisinə sakinlərin ərizələrinin həftə arası hər gün qəbul edərək ona təqdim etməsini tapşırıb. Belə ki, bu günlərdə deputata müraciət etməkdə heç bir çətinlik yoxdur və hər bir sakin ərizəsini köməkçi vasitəsilə deputata çatdıra bilər. 
           
Deputatın daha bir neçə dəfə iftar süfrəsi açması nəzərdə tutulub.

      
    
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı