Modern.az

Ermənistanda yeni mitinqlərə start verildi

Ermənistanda yeni mitinqlərə start verildi

Dünya

18 Aprel 2018, 11:29

Yerevanda mitinq bir az gecimkə ilə saat 10:40-da başlayıb və etriazçılar yürüşlərə başlayıblar.

 

Modern.az yerli mətbuata istinadən xəbər veri ki, etirazçılar yenə də Nikol Paşinyanın başçılığı ilə hökumət binalarını mühasirəyə alaraq onların fəaliyyətini iflic etmək niyyətindədirlər.

Etirazçılar ilk olaraq iki əsas küçəni bağlayaraq Yerevanda nəqliyyatın hərəkətini iflic etmək üçün ilk addımı atıblar. Daha sonra onlar keçmiş prezident iqamətgahı və hazırki baş nazir iqamətgahına çataraq onu mühasirəyə alıblar. Orada polislərin az olması gözlənilməz olub.

 

“Polislərə qarşı hörmətlə yanaşın, heç bir zorakılıq olmasın” Paşinyan iştirakçılara təimat verib.

Eyni zamanda Paşinyan tələbələri də dərsləri buraxmağa və etirazlara qoşulmağa çağırıb.

 

Qeyd edək ki, dünən axşam saatlarında Nikol Paşinyan aprelin 18-də keçiriləcək mitinqlərdə əsas hədəfin ümumilikdə ölkədə hər sahədə iflic vəziyyətin yaradılması olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı