Parlamentin yaz sessiyasının yekunları ilə bağlı mətbuat konfransında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev hazırda “Eks-prezident stastusu haqqında” Qanun layihəsi üzərində iş getdiyini və sənədin payız sessiyasında müzakirəyə çıxarılacağını bildirmişdi.
Qeyd edək ki, yeni qanun sabiq prezidentlərə xüsusi status vəd edir.
Bununla bağlı Modern.az saytına açıqlama verən millət vəkili Fərəc Quliyev bildirib ki, deputat seçiləndən sonra ilk qaldırdığı məsələlərdən biri məhz eks-prezidentlərlə bağlı məsələ olub:
“Təbii ki, mən Azərbaycanda “Eks-prezident statusu haqqında” sənədin qəbulunun tərəfdarıyam. Burada söhbət müstəqil Azərbaycanın prezidentindən gedir. Ona görə hesab edirəm ki, Əbülfəz Elçibəyə bu status mütləq şamil olunmalıdır. Çünki Əbülfəz Elçibəy müstəqilliyimizin əldə edilməsində mühüm rola malik olub və o xalq hərəkatının lideri olub. Ayaz Mütəllibov isə müstəqillik dönəmində deyil, ondan öncə prezident seçilib. Hər halda Əbülfəz Elçibəy və Heydər Əliyevə belə bir qanunun şamil edilməsinin tərəfdarıyam”.
Modern.az