Ermənistan polisi 68 etirazçının saxlanıldığını bildirib.
Modern.az xəbər verir ki, etirazçılar bir neçə küçəni bağlayaraq həbs olunanların azadlığa buraxılmalarını tələb ediblər.
Polis Paşinyana saxlanılan şəxslərin bir neçə saatdan sonra buraxılacağını bildirilib.
Bununla yanaşı etirazçılar Yerevan Dövlət Universitetinin qarşını kəsiblər. Paşinyan Universitetin qarşısında çıxış edərək tələbələri mitinqlərə dəvət edib. O, tələbələri ölkənin tam hüquqlu vətəndaşları adlandırıb və mitinqlərdə iştirak etmək seçiminin onlara aid olduğunu bildirib.
Paşinyan hər kəsi axşam saat 7-də keçiriləcək mitinqlərə dəvət edib.
Əvəz ZEYNALOV