Modern.az

BDU müsabiqə elan etdi - 200 manat pul mükafatı  

BDU müsabiqə elan etdi - 200 manat pul mükafatı   

Aktual

18 Aprel 2018, 16:25

2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100 illiyi tamam olur. BDU yubiley ərəfəsində bu ali təhsil ocağının “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edib. 
Modern.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, loqonun dizaynı özündə universitetin 100 illik fəaliyyətinə dair elementləri əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən loqotiplər təqdim olunmalıdır. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib şəxs 200 manat məbləğində pul ilə mükafatlandırılacaq. 

Müsabiqədə fərqlənən digər loqoların müəllifləri universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə sərgilənəcək.

Layihə təkliflərini 2018-ci ilin 30 sentyabr tarixinədək [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Anzulə Əmirova email:[email protected];
tel (012) 539 03 64

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var