Modern.az

“Eks-prezident statusu haqqında” Qanun kimlərə şamil edilməlidir..? (Çingiz Qənizadənin mövqeyi)

“Eks-prezident statusu haqqında” Qanun kimlərə şamil edilməlidir..? (Çingiz Qənizadənin mövqeyi)

Parlament

12 Avqust 2011, 12:48

Parlamentin yaz sessiyasının yekunları ilə bağlı mətbuat konfransında qurumun aparat rəhbəri Səfa Mirzəyev hazırda “Eks-prezident stastusu haqqında” Qanun layihəsi üzərində iş getdiyini və sənədin parlamentin payız ssesiyasında müzakirəyə çıxarılacağını bildirmişdi.

Qeyd edək ki, yeni qanun sabiq prezidentlərə xüsusi status vəd edir.

Millət millət vəkili Çingiz Qənizadə isə bildirib ki, əsas məsələ qanunun qəbul edilməsidir:

“Burada qanunun kimə şamil olunub, kimə şamil olunmaması məsələsini mən qəbul etmirəm. Biz çalışmalıyıq ki, sənəd qəbul olunsun. Gerçəklik ondan ibarətdir ki, bu qanun layihəsi haqqında məndə dəqiq məlumat yoxdur. Bu məsələ müzakirəyə çıxarılan vaxt biz də sənəd barədə öz fikirlərimizi bildirəcəyik. Məsələnin bu şəkildə qoyulması, kimə şamil olunub-olunmamasının tərəfdarı deyiləm. Öncə qanunu hazırlayaq, sənədi qəbul edək, sonra digər məsələlərə baxarıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı