Modern.az

Azərbaycan Şimali Koreyaya səfir təyin edib

Azərbaycan Şimali Koreyaya səfir təyin edib

18 Aprel 2018, 16:48

Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında səfiri təyin edilib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var