Modern.az

Ünvanlı sosial yardımın verilməsində məmur-vətəndaş münasibəti minimallaşdırılır

Ünvanlı sosial yardımın verilməsində məmur-vətəndaş münasibəti minimallaşdırılır

Təhsil

12 Avqust 2011, 15:33

Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş Ünvanlı sosial yardım (ÜSY) proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri davam etdirilir. Ilkin olaraq, bu sistemin seçilmiş pilot rayonlardan biri olan Cəlilabad rayonunda sınaqdan keçirilməsinə başlanılıb.

12 avqust 2011-ci il tarixdə digər pilot rayon olan Balakən rayon  Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) alternativ müraciət mexanizmlərinin tətbiqinə start verilib. Bununla əlaqədar keçirilən təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, Balakən rayon Icra Hakimiyyətinin və rayon üzrə bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 3 ay müddətində Ünvanlı sosial yardım üçün poçtla və elektron müraciətləri təcrübədən keçirilməsi, həmçinin ƏSMM-lərdə məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım