Modern.az

Novruz Məmmədov bu dəfə baş nazir kimi mühüm mesajlar VERDİ

Novruz Məmmədov bu dəfə baş nazir kimi mühüm mesajlar VERDİ

Aktual

21 Aprel 2018, 12:41

“Mənə belə bir etimad göstərdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Bu çox şərəfli bir fəaliyyət sahəsidir. Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Azərbaycanın Baş naziri təsdiq olunan, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi  Novruz Məmmədov deyib.

 

N.Məmmədov bildirib ki, ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. “Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim. Milli Məclisin üzvlərinə mənə göstərilən qayğıya görə təşəkkür edirəm.

 

Əminəm ki, gələcəkdəki işlərimizdə yüksək səviyyədə əməkdaşlıq edəcəyik. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir.

 

Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Mən çalışacam ki, üzərimə qoyulan bu vəzifəni Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edəcəm . Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər