Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.
Qeyd olunub ki, bu sərəncam imzalandığı gündən qüvvəyə minir.